İranda hökumət əleyhinə etirazlar fonunda internetin kəsilməsi 6 gündən artıqdır davam edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, dekabrın 28-də həyat bahalılığına etiraz olaraq başlayan aksiyalar qısa müddətdə hökumət əleyhinə çıxışlara və zorakılıq halları ilə müşayiət olunan hadisələrə çevrilib. Etirazlarla yanaşı, ölkə üzrə tətbiq edilən internetin kəsilməsi də hələ də davam edir.
İnternetin vəziyyətini izləyən NetBlocks adlı monitorinq qrupu İranda internetə çıxışın 156 saatdan çoxdur məhdudlaşdırıldığını açıqlayıb.