Rusiyadan Ukraynaya xəbərdarlıq - "Vaxt daralır"

23:35 - 15 Yanvar 2026

Rusiyadan Ukraynaya xəbərdarlıq - \"Vaxt daralır\"

Kremlin sözçüsü Dmitri Peskov sülh prosesinin Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən bloklandığını iddia edib və bildirib ki, Kiyev rəhbərliyinin qərar qəbul etmək üçün vaxtı getdikcə daralır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Moskva şəhərində jurnalistlər qarşısında gündəmdəki məsələləri şərh edən Peskov ABŞ Prezidenti Donald Trampın Ukrayna böhranının həllinə mane olan tərəfin Zelenski olduğu barədə mövqeyi ilə razılaşdıqlarını deyib. Onun sözlərinə görə, “Bu, həqiqətən də belədir. Rusiya Prezidenti Vladimir Putin və Rusiya tərəfi nizamlanma prosesinə açıqdır. Amerika tərəfi, Tramp və Kiyev rəhbərliyi Rusiyanın mövqeyini yaxşı bilir. Bu, ardıcıl və dəyişməz mövqedir”.

Vəziyyətin Kiyev üçün daha da çətinləşdiyini vurğulayan Peskov qeyd edib: “Kiyev rəhbərliyinin qərar vermək üçün vaxtı azalır. Zelenskinin məsuliyyət götürərək uyğun qərar qəbul etməsinin vaxtı çatıb. Lakin hazırda Kiyev bunu etmir”.

Peskov, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin Rusiyaya mümkün səfəri ilə bağlı suala cavabında isə bildirib ki, amerikalı danışıqlar aparan tərəflərlə mövcud əlaqə kanalları fəaliyyətini davam etdirir. “Bu dialoq davam edir. Tarix üzərində razılıq əldə olunduqdan sonra səfərin baş tutacağına ümid edirik. Dialoqun saxlanılması zəruri və vacibdir. Amerikalılar həm ukraynalılarla, həm də avropalılarla çoxsaylı görüşlər keçiriblər. Rusiya tərəfinin də davam edən danışıqlarla bağlı mövqeyini ifadə etməsi önəmlidir”, – deyə Kremlin sözçüsü əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az