ABŞ mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranın iqtisadi problemləri səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayının 2 min 677-ə çatdığını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələrdə 2 min 600-dən çox insan yaralanıb və 19 min 97 nəfər həbs edilib.
Etirazlar zamanı ölü və yaralıların ümumi sayına dair hələlik hər hansı bir açıqlama verilməyib.