İrandakı etirazlarda ölənlərin sayı 5000-ə çatdı

16:35 - 18 Yanvar 2026

İrandakı etirazlarda ölənlərin sayı 5000-ə çatdı

İranda keçirilən genişmiqyaslı etirazlar zamanı ölənlərin sayı 5 000 nəfərə çatıb. Onlardan təxminən 500-ü təhlükəsizlik xidmətinin əməkdaşıdır.


Manset.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı çəkilməyən İran rəsmisinə istinadən bildirilib.

Rəsmi şəxsin sözlərinə görə, hakimiyyət orqanları İranda keçirilən etirazlar zamanı 5 000 nəfərin ölümünü təsdiqləyib, terrorçuları və silahlı üsyançıları günahsız iranlıları öldürməkdə ittiham edib.

Rəsmi şəxs qeyd edib ki, ən ağır toqquşmaların bəziləri və ən yüksək ölüm sayı separatçıların aktiv olduğu İranın şimal-qərbində qeydə alınıb.

HRANA insan haqları qrupu şənbə günü ölənlərin sayının 3 308-ə çatdığını bildirib. Həmçinin İranda 24 000-dən çox insanın həbs olunduğunu da bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az