İspaniyanın cənubunda yerləşən Əndəlüs bölgəsinin Kurtuba şəhəri yaxınlığında iki sürət qatarı relsdən çıxaraq ağır qəza törədiib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər həlak olub.
İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin araşdırmanı aparan səlahiyyətli qurumlara istinadla yaydığı məlumata əsasən, birinci qatarda 317, ikinci qatarda isə 100 sərnişin olub.
Qəzada ölənlərlə yanaşı çoxsaylı yaralıların olduğu da bildirilib. Məlumata görə, 11 nəfərin vəziyyəti ağırdır. Bir çox insanın qatarlarda qapalı qaldığı və hadisə yerində ciddi xaos yaşandığı vurğulanıb.