Dünyada "omikron" ştammına görə aviareyslərdə XAOS

08:40 - 28 Dekabr 2021

Dünyada \"omikron\" ştammına görə aviareyslərdə XAOS

Koronavirusun yeni "omikron" ştammına yoluxma hallarının artması ilə əlaqədar dünyada 2,5 mindən çox aviareys ləğv edilib.

 

Manset.az Trend-ə istinadən bildirir ki, bu barədə hava gəmilərinin hərəkətini izləyən "FlightAware" portalında deyilir.

Məlumata əsasən, dekabrın 27-si 2 522 aviareys ləğv edilib, 7 690 aviareys isə yubanıb. Ləğv olunan aviareyslərin əksəriyyəti (958) ABŞ-ın payında düşür.

Bildirilir ki, ləğv edilən uçuşlar həm daxili, həm də beynəlxalq reyslərə şamil edilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az