ABŞ mərkəzli İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər səbəbindən başlayan və sonradan rejim əleyhinə etiraz aksiyalarına çevrilən hadisələr zamanı həlak olanların sayının 4 min 519 nəfərə çatdığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən olaylar nəticəsində 26 min 314 nəfər saxlanılıb. Etirazlar zamanı baş verən qarşıdurmalarda 197 təhlükəsizlik qüvvəsi əməkdaşı da daxil olmaqla, ümumilikdə, 4 min 519 nəfər həyatını itirib.
Qeyd edək ki, agentlik dünən yaydığı məlumatda ölənlərin sayının 4 min 29 nəfər olduğunu bildirmişdi.