Fransa ABŞ Prezidenti Donald Trampın ilhaq təhdidləri davam edərkən adada NATO təlimi keçirilməsi çağırışı edib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mübahisəli ilhaq bəyanatları davam edir.
Qrenlandiya üzərindən gərginləşən ABŞ-Avropa münasibətləri yeni bir mərhələyə qədəm qoyarkən Fransa NATO çərçivəsində hərbi addım atmağa hazırlaşır. Fransa Prezidenti Emmanuel Macronun ofisindən verilən açıqlamaya görə, Fransa Qrenlandiyada NATO təlimi keçirilməsini tələb edib və bu prosesə qatılmağa hazır olduğunu bildirib.