ABŞ Prezidenti Donald Tramp İranın ona sui-qəsd hazırlamağa cəhd etməsi ehtimalı ilə bağlı təlimat verdiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Tramp ikinci dəfə vəzifəyə gəldiyi prezidentliyinin ilk il dönümündə "News Nation" kanalına verdiyi müsahibədə ABŞ-ın daxili və xarici gündəmi ilə bağlı qiymətləndirmələrini paylaşıb.
İranın "özünə qarşı sui-qəsd təhdidlərini" reallaşdırma ehtimalını dəyərləndirən Tramp, "Hər hansı bir şey olarsa, bütün ölkə havaya uçacaq. Onları mütləq çox sərt vuracağam" - deyib.
Tramp həmçinin İranın özünə yönəltdiyi sui-qəsd təhdidləri ilə bağlı keçmiş Prezident Co Baydeni yetərincə kəskin cavablar verməməkdə günahlandırıb.