Tacikistan-Əfqanıstan sərhədində atışma - 4 ölü var

17:47 - 21 Yanvar 2026

Tacikistan-Əfqanıstan sərhədində atışma - 4 ölü var

Tacikistan ilə Əfqanıstan arasındakı sərhəd bölgəsində baş verən toqquşmada 4 silahlı şəxsin zərərsizləşdirildiyi bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tacikistan Sərhəd Mühafizə Qüvvələrindən verilən açıqlamaya görə, Əfqanıstandan qanunsuz yollarla ölkəyə daxil olmağa çalışan silahlı şəxslərlə Tacik sərhəd təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Açıqlamaya əsasən, toqquşmada 4 silahlı dəstə üzvü öldürülüb və hadisə yerində bu şəxslərə aid çox sayda silah və sursat ələ keçirilib.

Həmçinin, sərhəddə təhlükəsizliyin təmin olunduğu və hadisə ilə bağlı araşdırma başladıldığı bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az