Türkiyənin Balıkesir vilayətində 4,5 maqnitudalı zəlzələ olub.
Manset.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 18:11-də qeydə alınıb.
Zəlzələ ocağı 11,58 km dərinlikdə yerləşib.