İsrail Müdafiə Ordusu Qəzza zolağından sonuncu girovunun meyitinin gətirildiyini bildirib.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
İsrail Milli Məhkəmə Tibb İnstitutu, polis və Hərbi Ravvinliyin birgə apardığı identifikasiya prosesi nəticəsində meyitin baş çavuş Ran Qviliyə məxsus olduğu təsdiqlənib.
Məlumata görə, İsrailin Qəzza zolağında artıq sağ girovu və ya meyiti qalmayıb.