Əcnəbi tələbələri daşıyan mikroavtobus aşdı - 17 yaralı var

20:17 - 31 Yanvar 2026

Əcnəbi tələbələri daşıyan mikroavtobus aşdı - 17 yaralı var

Türkiyənin Karabük şəhərində əcnəbi tələbələri daşıyan mikroavtobus idarətemədən çıxaraq xəndəyə düşüb, 17 nəfər yaralanıb.


Manset.az Haber Global-a istinadən xəbər verir ki, qəza Keltepe Xizək Mərkəzi yolunda baş verib. 78 ACL 031 nömrəli mikroavtobus xizək mərkəzindən qayıdarkən dərəyə aşıb.

Məlumata görə, nəqliyyat vasitəsində xəsarət alanlar sürücü və 16 əcnəbi tələbədir.

Hadisə yerinə jandarma, yanğınsöndürənlər, AFAD və 112 Təcili Tibbi Yardım briqadaları göndərilib. Tibbi briqadaların ilk müdaxiləsindən sonra yaralılar xəstəxanalara yerləşdirilib.

Cibuti və Seneqallı olduqları müəyyən edilən tələbələrin Karabük Universitetinin təhsil alanlardır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az