"Putinlə görüşmədən ərazi məsələlərini həll etmək mümkün deyil"

20:54 - 31 Yanvar 2026

\"Putinlə görüşmədən ərazi məsələlərini həll etmək mümkün deyil\"

“Ukrayna hökuməti müharibəyə son qoymaq üçün danışıqlar prosesinin bir hissəsi olaraq Rusiya və ABŞ nümayəndələri ilə istənilən formatda görüşməyə açıqdır”.


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

    "Biz Rusiya və ABŞ ilə istənilən formatda görüşə açığıq. Biz həmçinin Avropanın da iştirak etməsini istərdik. Çünki təhlükəsizlik zəmanətlərimizin bir hissəsi Avropa İttifaqına üzvlük, eləcə də “İstəklilər koalisiyası”dır", - dövlət başçısı bildirib.

    Zelenski qeyd edib ki, AB nümayəndələri bu danışıqların müəyyən mərhələsində qoşula bilərlər, lakin əvvəlcə sözügedən üç ölkənin nümayəndələri görüşməlidir.

    "Rusiya Federasiyası və bilavasitə Rusiya lideri ilə bu və ya digər formatda əlaqə saxlamaq imkanımız olmalıdır. Belə bir format olmadan komandalarımız üçüncü dərəcəli məsələlər üzrə razılığa gələ bilməyəcək", - Zelenski əlavə edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az