“Amerikalılar bilməlidir ki, İrana qarşı nöbəti müharibəyə başlasalar, bu dəfə regional münaqişəyə çevriləcək”.
Manset.az Tasnim-ə istinadən xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Əli Xamenei deyib.
Xamenei iranlıları ABŞ Prezidenti Donald Trampın təhdidlərindən qorxmamağa çağırıb:
“Hərbə ilk biz başlamırıq və hər hansı bir ölkəyə hücum etmək istəmirik, lakin İran xalqı hücum edən və zərər verən tərəfə sərt cavab verəcək”.