Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Ukrayna böhranının həlli ilə bağlı Əbu-Dabidə keçirilməli olan danışıqların ikinci raundunun tarixi bir neçə gün təxirə salınıb.
Manset.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.
Görüşün təxirə salınmasının səbəbi məlum deyil. Qəzet vurğulayıb ki, bu, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə ABŞ-dən olan həmkarı Stiven Uitkoff arasında yanvarın 31-də Mayamidə keçirilən danışıqlardan sonra baş verib.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların fevralın 4 və 5-də keçiriləcəyini açıqlamışdı.