İran hökuməti etirazlarda öldürülənlərin siyahısını dərc etdi

20:16 - 01 Fevral 2026

İran hökuməti etirazlarda öldürülənlərin siyahısını dərc etdi

İran hökuməti Prezident Məsud Pezeşkianın əmri ilə etirazlarda həyatını itirən təxminən 2986 nəfərin adlarının siyahısını dərc edib.


Manset.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, İran hakimiyyəti rəsmi olaraq iğtişaşlar nəticəsində 3117 nəfərin öldüyünü bildirib. Dərc olunmuş siyahıda isə 131 nəfərin adı olmayıb. İran Nazirlər Kabineti bu insanların şəxsiyyətinin hələ müəyyən edilmədiyini izah edib.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonlarında ölkənin milli valyutası olan İran rialının devalvasiyası ilə kütləvi etiraz aksiyaları başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az