"Boko Haram" terror qruplaşmasının 11 üzvü öldürüldü

10:45 - 02 Fevral 2026

\"Boko Haram\" terror qruplaşmasının 11 üzvü öldürüldü

Nigeriyanın şimal-şərqində keçirilən əməliyyat zamanı “Boko Haram” terror qruplaşmasının 11 üzvü zərərsizləşdirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nigeriya ordusunun yaydığı məlumata görə, Borno ştatında yerləşən Sambisa meşəsində terror qruplaşmasına qarşı xüsusi əməliyyat həyata keçirilib.

Açıqlamada bildirilib ki, əməliyyat nəticəsində terror qruplaşmasının başçısı Əbu Xalid və daha 10 silahlı məhv edilib. Qeyd olunub ki, Əbu Xalid təşkilat daxilində əsas fiqurlardan biri olub, Sambisa istiqamətində aparılan əməliyyatların və logistikanın əlaqələndirilməsinə cavabdeh idi.

Məlumatda ordunun şəxsi heyəti arasında itki olmadığı vurğulanaraq Nigeriya Silahlı Qüvvələrinin ölkənin şimal-şərqindəki meşəlik ərazilərdə terrorçulara qarşı əməliyyatları davam etdirdiyi qeyd edilib.

Qeyd edək ki, Nigeriyada 2000-ci illərin əvvəllərindən fəaliyyət göstərən “Boko Haram” terror qruplaşması 2009-cu ildən bəri törətdiyi kütləvi terror aktları nəticəsində on minlərlə insanın ölümünə səbəb olub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az