ABŞ-dƏ NBC televiziyasının "Today" proqramının aparıcısı Savannah Guthrienin 84 yaşındakı anası Nancy Guthrie Arizona ştatının Tucson şəhərindəki evindən itdikdən sonra yaşanan hadisələr böyük səs-küy yaradıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Guthrie sosial şəbəkədə yayımladığı mesajda anasını oğurlamış ola biləcək şəxslərdən ailə ilə əlaqə saxlamalarını xahiş edib. 84 yaşındakı Nancynin gündəlik dərmanlara ehtiyacı olduğu və sağlamlığının çox zəif olduğu vurğulanıb. O bildirib ki, anasının dərmanlarını ala bilməməsi ciddi sağlamlıq risklərinə yol aça bilər.
ABŞ Prezidenti Donald Tramp da bu vəziyyətə dəstək verib və hökumətin axtarış işlərində istifadə oluna biləcək bütün resursları səfərbər etdiyini bildirib. Axtarış işləri, xüsusilə, Arizona ştatının Pima County bölgəsinə yönəldilib. Guthrienin itməsi ictimaiyyətdə böyük şok yaradıb.