Almaniyanın paytaxtı Berlinin Brandenburg Hava Limanı (BER) bu səhər artıq buzlanma səbəbi ilə uçuş əməliyyatlarını növbəti dəfə dayandırıb. Axşam saatlarında vəziyyətin pisləşməsi ilə bütün uçuşlar iflic olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, BER-dən verilən açıqlamada "Hava şəraiti səbəbindən hal-hazırda qalxış və eniş həyata keçirilə bilmir. Zəhmət olmasa, hava limanına getməzdən əvvəl uçuş vəziyyətinizi yoxlayın", - ifadəsi yer alıb.
Hava limanı rəsmilərinin verdiyi məlumata görə, eniş və hərəkət zolaqlarının və meydanın üzəri çox sürüşkən olub, bu səbəbdən ərazi hazırda həyat və mal təhlükəsizliyi baxımından yüksək risk təşkil edir.