Köhnə sevgilisi müəllimi məktəbdə güllələdi

22:24 - 13 Fevral 2026

Köhnə sevgilisi müəllimi məktəbdə güllələdi

Türkiyənin Bursa şəhərində 29 yaşlı müəllimə Gizem N. məktəbdən çıxaraq avtomobilinə mindiyi zaman keçmiş sevgilisi G.G. tərəfindən tapança ilə kürəyindən güllələnib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyə vaxtı ilə saat 16:00 radələrində baş verib.

Gizem N. qan içində yerə yıxılıb, şübhəli şəxs isə hadisə yerindən qaçaraq uzaqlaşıb. Məlumat daxil olduqdan sonra əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralı müəllimə həkimlərin ilkin müdaxiləsindən sonra xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.

Polis qaçan şübhəlinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az