ABŞ Prezidenti Donald Tramp media və texnologiya nəhəngi "Netflix"ə qarşı sərt bir mesaj yayımlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Netflix" şirkətinin idarə heyətində yer alan keçmiş Demokrat vəzifəli şəxsi Susan Rice üçün "Onu vəzifədən götürün, yoxsa nəticələrinə qatlanacaqsınız" sözləri ilə sərt xəbərdarlıq edib.
Bu açıqlama "Netflix"in Warner Bros Discovery ilə apardığı böyük alış prosesini və media sektorundakı siyasi gərginliyi birləşdirərək Vaşinqtonla texnologiya nəhəngi arasında yeni bir mübahisə başladıb.
Tramp sosial media platforması "Truth Social" üzərindən etdiyi paylaşımda Rice-ı "Trump əleyhinə" və "siyasi fiqur" kimi xarakterizə edib. "Netflix"in Rice-ı idarə heyətində saxlamağı seçməsi halında şirkətin qarşılaşacağı nəticələrə diqqət çəkib.