Kanada hökuməti Rusiya ilə əlaqəli 21 fiziki şəxsə və 53 təşkilata qarşı sanksiya tətbiq edib.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand hökumət iclasından əvvəl bildirib.
Sanksiyalar həmçinin Rusiyanın kölgə donanmasına aid olan 100 gəmiyə qarşı da tətbiq edilib. Kanada hökuməti qeyd edib ki, yeni tədbirlər Rusiyanın enerji daşıyıcılarından əldə etdiyi gəlirləri məhdudlaşdıraraq, onun üçün iqtisadi xərcləri daha da artırır.
"Bu gün mən ruslara və təşkilatlarına qarşı artıq tətbiq edilmiş 4 mindən çox məhdudiyyətə əlavə olaraq yeni sanksiyalar elan edirəm. Söhbət əsasən enerji sektoruna yönəlmiş 51 yeni məhdudiyyətdən gedir", - Anand jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu tədbirlər Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindəndi.
Daha əvvəl Böyük Britaniya da Rusiyaya qarşı sanksiyaları genişləndirib. Yenilənmiş siyahıya 240 hüquqi şəxs, 7 fiziki şəxs və 50 gəmi daxil edilib.