"ABŞ ilə müzakirələrdə irəliləyiş əldə edildi" - İrandan açıqlama

12:47 - 27 Fevral 2026

\"ABŞ ilə müzakirələrdə irəliləyiş əldə edildi\" - İrandan açıqlama

İran Xarici İşlər Naziri Abbas Araqçi ABŞ ilə Cenevrədə aparılan danışıqlarda irəliləyiş əldə edildiyini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, tərəflərin bəzi mövzularda razılığa çox yaxın olduğunu, amma bəzi problemlərin hələ də davam etdiyini açıqlanıb.

Cenevrədəki təmasların bu günə qədər ən ciddi təşəbbüslərdən biri olduğunu qeyd edən Araqçi səhər saat dörd, axşam isə iki saat davam edən iclaslarda masadakı kritik mövzuların detallı şəkildə müzakirə edildiyini bildirib. Uzun saatlar ərzində ümumilikdə yaxşı bir irəliləyiş əldə etdiklərini ifadə edən Araqçi həm nüvə sahəsində, həm də sanksiyaların qaldırılması məsələsində mümkün razılaşmanın əsas məqamlarının ciddi şəkildə araşdırılmağa başlandığını vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az