Fransa Prezidenti Emmanuel Makron ABŞ, İsrail və İran arasında müharibənin sülh və beynəlxalq təhlükəsizlik üçün ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.
Manset.az CNN-ə istinadən xəbər verir ki, Makron mövcud eskalasiyanı hamı üçün təhlükəli adlandırıb. O, gərginliyin dərhal dayandırılmasının vacibliyini vurğulayıb.
Makronun sözlərinə görə, regionda vəziyyətin daha da pisləşməsi qlobal təhlükəsizliyə mənfi təsir göstərə bilər.