İranda öldürülən yüksəkvəzifəli şəxslərin adları açıqlandı

11:00 - 01 Mart 2026

İranda öldürülən yüksəkvəzifəli şəxslərin adları açıqlandı

ABŞ ilə İsrailin hücumları nəticəsində İranda öldürülən yüksəkvəzifəli şəxslərin adı açıqlanıb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Siyahıda İranın Ali rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, ali dini liderin müşaviri Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadənin adı var.

Qeyd olunur ki, həlak olan digər şəxslərin adları sonradan açıqlanacaq.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İranın silahlı qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib.

Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az