İran ABŞ-nin Bəhreyndəki hərbi bazalarına, həmçinin İraqın Bağdad Hava Limanı yaxınlığındakı obyektlərinə zərbələr endirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Bəhreyndəki bazada ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı yerləşir.
Al Hadath telekanalı isə xəbər verib ki, Bağdad aeroportu yaxınlığında ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən istifadə olunan hərbi baza da hücuma məruz qalıb.