Rəsmi Tehran Xameneinin ölümünün mövcud sistemi dəyişdirməyəcəyinə əmindir

01:23 - 03 Mart 2026

Rəsmi Tehran Xameneinin ölümünün mövcud sistemi dəyişdirməyəcəyinə əmindir

İranda ali dini lider Əli Xameneinin öldürülməsindən sonra mövcud sistemin çökəcəyinə inanmırlar.


Manset.az Tasnim agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O bildirib ki, Xameneinin və yüksək rütbəli komandanların öldürülməsinə baxmayaraq, İranın hələ də dünyanın ən böyük ordularından biri qarşısında dayanması və güclü cavablar verməsi onu göstərir ki, mövcud sistem köklü və möhkəm struktura malikdir və şəxslər getməsi ilə dağılmaya məruz qalmır.

XİN rəhbəri bir daha vurğulayıb ki, hazırkı müharibədə İran haqlı tərəfdir. Onun sözlərinə görə, rəsmi Tehran müharibənin qarşısını almaq və regionda sülhü qorumaq üçün heç nəyi əsirgəməyib və danışıqlar yolunu sınayıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az