İrana qarşı hərbi əməliyyatların gedişində ABŞ-nin altı hərbi qulluqçusu həlak olub.
Manset.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Yaxın vaxtlarda Amerika qoşunları regionda İranın ilk zərbələri zamanı hücuma məruz qalmış obyektdə əvvəllər itkin düşmüş hesab olunan iki hərbi qulluqçunun qalıqlarını aşkar ediblər", - məlumatda bildirilib.