ABŞ Prezidenti Donald Tramp İranla bağlı hava hücumlarına qatılmama və dəstək verməmə qərarı verən Böyük Britaniya ilə əlaqədar danışıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp, "Əlaqələrin əvvəlki kimi olmadığını görmək kədərlidir" - deyib.
ABŞ Prezidenti Böyük Britaniya Baş naziri Keir Starmerın qəbul etdiyi qərar barədə, "Bu heç də kömək etməyib. Bunu görəcəyimi düşünməzdim. Böyük Britaniyanın bunu edəcəyini düşünməzdim" - şərhini verib.
ABŞ-Böyük Britaniya münasibətlərinin son dövrlərdəki ən böyük ayrılıqlarından birini yaşadığını qeyd edən Tramp, "Dünya artıq fərqlidir. Böyük Britaniya ilə olan əlaqələrimiz əvvəllər fərqli idi. Əlaqələrin əvvəllər olduğu kimi olmadığını görmək kədərlidir" - deyə bildirib.