ABŞ və İsrailin İrana qarşı hücumları səbəbilə hava məkanını uçuşlara bağlayan İraq bu müddəti 3 gün daha uzatma qərarı alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İraq Mülki Hava Nəqliyyatı İdarəsindən verilən yazılı açıqlamaya görə, Orta Şərqdəki gərginliyin davam etməsi ilə əlaqədar İraq hava məkanı 72 saat daha uçuşlara bağlanacaq.
Açıqlamada bu müddətin şənbə günü saat 12:00-a qədər uzadıldığı bildirilib.
Qeyd edək ki, İraq 28 fevralda ABŞ və İsrailin İrana hücumlarını pisləyərək hava məkanını 24 saatlıq uçuşlara bağladığını elan etmiş və daha sonra bu müddəti 24 saat daha uzatmışdı.