28 yaşlı dünya ulduzundan gözlənilməz xəbər - "Həyatımın son günlərini yaşayıram"

16:35 - 04 Mart 2026

28 yaşlı dünya ulduzundan gözlənilməz xəbər - \"Həyatımın son günlərini yaşayıram\"

Tanınmış xarici aktyor Finnian Garbutt izləyiciləri ilə kədərli bir xəbər paylaşıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, xərçənglə mübarizə aparan aktyor xəstəliyin sürətlə irəlilədiyini və hazırda həyatının son mərhələlərinə daxil olduğunu açıqlayıb.

28 yaşlı aktyor belində və çanağında şiddətli ağrılar hiss etməyə başladıktan sonra xəstəxanaya yerləşdirildiyini və müşahidə altında saxlandığını bildirib. Daha sonra edilən testlərin nəticələri, təəssüf ki, mənfi olub.

Garbutt açıqlamasında belə deyib:

“Xərçəng bədənimdə çox sürətlə irəlilədi və hazırda həyatımın son mərhələlərinə daxil oluram”.

Bu xəbəri sosial mediada paylaşmasının səbəbini isə belə izah edib:

“Bunu burada paylaşmağımın səbəbi bunu hər bir şəxsə ayrıca demək mənim üçün çox çətin idi”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az