Sabah türk dövlətlərinin görüşü baş tutacaq

17:11 - 06 Mart 2026

Sabah türk dövlətlərinin görüşü baş tutacaq

Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurası qeyri-rəsmi görüşünün yeri müəyyənləşib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, TDT nümayəndələri Xarici İşlər Naziri Hakan Fidanın ev sahibliyində sabah İstanbulda bir araya gələcək.

Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurası qeyri-rəsmi görüşünün 7 mart 2026-cı ildə İstanbulda keçiriləcəyi bildirildi.

Görüşdə təşkilat daxilindəki son inkişaflar və gələcəkdə atılacaq addımlar müzakirə ediləcək. Həmçinin, cari qlobal və regional məsələlər haqqında ətraflı müzakirələr aparılması planlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az