Moskvada Azərbaycan səfirliyinə məxsus maşın qəzaya düşüb

23:36 - 07 Mart 2026

Moskvada Azərbaycan səfirliyinə məxsus maşın qəzaya düşüb

“7 mart tarixində təqribən saat 17:00 radələrində Moskva şəhərində yerləşən Columbus ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə baxılmamış və bu zaman əsas yol ilə gələn avtomobil Səfirliyin diplomatik nömrəli avtomobilini arxadan vurub” .


Manset.az xəbər verir ki, bu haqda Azərbaycanın Rusiyadakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, avtomobil inersiya nəticəsində Prajskaya metrosunun çıxışının giriş qapılarının birinə dəyib. Döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılıb.

Baş vermiş hadisə zamanı xəsarət alan olmayıb.

Məlumata görə, avtomobili diplomatın həyat yoldaşı idarə edirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az