Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər öldü

21:49 - 29 Mart 2026

Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər öldü

Əfqanıstanın bir neçə bölgəsində baş verən şiddətli daşqınlar və torpaq sürüşmələri 17 nəfərin həyatına son qoyub.


Manset.az The Associated Press-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin mətbuat katibi Yusuf Hammad bildirib.

Həmçinin qeyd olunur ki, əlverişsiz hava şəraitinin fəsadları nəticəsində 26 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayı arta bilər.

Fəlakətin nəticələri Əfqanıstanın 34 əyalətindən 13-nə, əsasən qərb, mərkəzi və şimal-qərb ərazilərinə təsir edib.

"Şiddətli hava şəraiti həmçinin 147 evin tamamilə və ya qismən, 80 kilometr (təxminən 50 mil) yolun dağılmasına səbəb olub, əkin sahələrinə, suvarma kanallarına və müəssisələrə ziyan vurub", - Hammad deyib.

Meteoroloji proqnozlara görə, güclü yağışlar davam edəcək, ölkənin şərq və mərkəzi ərazilərində də daşqınlar mümkündür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az