ABŞ ilə Venesuela arasındakı diplomatik münasibətlərin normallaşması ilə ABŞ-ın Karakas səfirliyi yenidən qapılarını açıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, səfirlik iki ölkə arasında diplomatik əlaqələrin bərpa edilməsi ilə 7 il aradan sonra yenidən fəaliyyətə başlayıb.
Açıqlamada, bu addımın Venesueladakı keçici hökumət, vətəndaş cəmiyyəti və özəl sektorla birbaşa dialoq qurma qabiliyyətini gücləndirəcəyi vurğulanıb.
Səfirliyin yenidən fəaliyyətə başlaması ABŞ idarəsinin Venesuelaya yönəlik üç mərhələli planında kritik bir dönüş nöqtəsi olaraq qiymətləndirilir.
Digər tərəfdən diplomatik normallaşma prosesi çərçivəsində Venesuela da Vaşinqtondakı səfirlik binasını yenidən təhvil alıb.