Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı silahlı insidenti pisləyib.
Manset.az xəbər verir ki, o, bu barədə Ankarada ROKETSAN istehsal obyektlərinin açılışı mərasimində deyib.
O qeyd edib ki, terrorun hər növü ilə Türkiyə mübarizəni qətiyyətlə davam etdirəcək:
"Təxribatlarla Türkiyənin təhlükəsizlik mühitinə zərər vurulmasına imkan verməyəcəyik".
Qeyd edək ki, İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib, bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. Həmçinin 2 polis əməkdaşı xəsarət alıb.