İrandan Körfəz ölkələrinə yönəlmiş yeni təhdid səsləndirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ–İsrail və İran arasında qarşıdurma regionu alov halqasına çevirib.
Yaxın Şərqdə gərginlik getdikcə artarkən İran tərəfindən bölgədə vəziyyəti daha da kəskinləşdirə biləcək yeni açıqlama verilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyanatında bildirib: “Sakitlik dövrü başa çatıb. ABŞ və onun müttəfiqlərinin infrastrukturu hədəfə alınacaq”.
Eyni zamanda, qurum ABŞ-nin “qırmızı xətləri” keçəcəyi təqdirdə veriləcək cavabın region hüdudlarını aşacağını da vurğulayıb.