İranda xalq etiraza başladı

20:53 - 07 Aprel 2026

İranda xalq etiraza başladı

İran ABŞ-nin mümkün hücumlarının qarşısını almaq məqsədilə minlərlə gənci infrastruktur obyektlərinin qarşısında insan zənciri yaratmağa çağırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, vətəndaşlar bu çağırışa cavab verərək obyektlərin qarşısında toplaşıblar. İdmançılar, tələbələr, sənətçilər və fəallar bu təşəbbüsün bir hissəsi olacaqlar.

İsrail tərəfindən öldürülən və Hörmüz boğazıın bağlanmasının təşəbbüskarı olan Tangsiri üçün Tehranda dövlət mərasimi keçirilib. Mərasim zamanı “Təslim olmağa yox, danışıqlara yox, ABŞ-yə qarşı mübarizə” - şüarları səsləndirilib.

İran hökuməti ABŞ Prezidenti Donald Trampin Tehranın Hörmüz Boğazını yenidən açmaması halında hücum təhdidi irəli sürməsindən sonra ölkə üzrə elektrik stansiyalarının ətrafında insan zənciri yaratmaq üçün gəncləri çağırıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az