Alman avtomobil istehsalçısı "Volkswagen" Qrupunun lüks markası Porschenin qlobal avtomobilinə tələb azalıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ilin ilk rübündə Çində və ABŞ-də tələbin azalması səbəbindən 15% azalıb.
Porsche ilin yanvar-mart dövrünə dair avtomobil təslimatları nəticələrini açıqlayıb.
Açıqlamaya görə, avtomobil təslimatları ilin ilk üç ayında keçən ilin eyni dövrü ilə müqayisədə 15% azalarak 60 991-ə düşüb.
Bu dövrdə Çində yerli markaların texnologiya və qiymətə əsaslanan güclü rəqabəti nəticəsində təslimatlar illik 21% azalarak 7 519-a enib.
Şimali Amerika bazarında da oxşar vəziyyət müşahidə olunub. ABŞ-də elektrikli avtomobillərə tətbiq edilən vergi endirimlərinin sona çatması da təsir göstərərək, regiondakı satışlar 10% azalıb.