İsrailin İranın hücumlarını bəhanə edərək 41 gün bağladığı Məscid-i Aqsada həftələr sonra ilk namaz qılınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, on minlərlə müsəlman həftələr sonra cümə namazı üçün saf qurub. İsrail polisi namaz zamanı Harem-i Şərifin həyətində qruplar halında yerləşib.
Aqsanın bağlı olduğu müddətdə işğal altındakı Şərqi Qüds və xüsusilə Məscid-i Aqsanın yerləşdiyi Köhnə Şəhər ərazisində sosial həyat dayanıb və bu ərazilər fələstinlilərlə doldu.
Məscid-i Aqsanın bağlanmasından sonra açılması ilə region böyük bir coşquya şahidlik etdi.