Livan ilə İsrail arasında danışıqlar baş tuta bilər

22:43 - 10 Aprel 2026

Livan ilə İsrail arasında danışıqlar baş tuta bilər

Livan Prezidenti Jozef Aun İsrailə birbaşa danışıqlar çağırışı edib.


Manset.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu sülh danışıqları çağırışına cavab verdikdən sonra Livanın birbaşa danışıqlara getməkdən başqa yolu qalmayıb.

Bununla belə, "Hizbullah" silahlı qruplaşması İsraillə birbaşa danışıqların əleyhinə çıxış edir və bu, qruplaşmanın dövlət tərəfindən əldə edilən hər hansı atəşkəs razılaşmasına riayət etməyə hazır olmasını şübhə altına alır.

"Livan və İsrail arasındakı danışıqlar, açıq desək, mənasızdır, çünki bu danışıqları Livan adından aparan şəxslərin təsir rıçaqları yoxdur", - qruplaşmaya yaxın livanlı məmur bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az