"Qalatasaray"ın məşhur ulduzu Mauro İkardinin növbəti sezonda klubla yollarını ayıracağı ilə bağlı iddialar irəli sürülüb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu il ard-arda qazandığı iki çempionluq və "qol kralı" ləqəbi ilə ikon halına gələn Mauro İkardi ötən mövsüm "Tottenham" ilə oynanan UEFA Avropa Liqasının matçında ciddi zədə alıb və köhnə performansından uzaq bir görüntü sərgiləyib.
Mauro İkardi yaşadığı zədənin təsirindəykən artan çəkisi ilə gündəmə gəlib. Victor Osimhenin, xüsusilə, Çempionlar Liqasındakı mükəmməl çıxışı ilə fərqlənən Mauro İkardi əfsanəvi "Qalatasaray" karyerasının son günlərini yaşayır.
"Qalatasaray" rəhbərliyi Mauro İkardinin iyun ayında sona çatacaq müqaviləsini uzatmağı düşünmür.