Yaponiyanın cənub-qərbində keçirilən hərbi təlim zamanı patlama baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 hərbçi həyatını itiribş 1 hərbçinin isə yaralandığı bildirilib.
Məlumata görə, Yaponiyanın Öz Müdafiə Quru Qoşunları tərəfindən edilən açıqlamada, hadisənin ölkənin cənub-qərbindəki Oita əyalətində keçirilən tank təlimi zamanı baş verdiyi bildirilib.
Açıqlamada tank mərmisinin atılmadan əvvəl partladığı qeyd olunub.