Meksikanın ən çox ziyarət edilən və ən simvolik məkanlarından biri olan "Teotihuacan" piramidalarında dəhşət yaşanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kolumbdan əvvəlki arxeoloji ərazinin tarixi abidələrindən birinin zirvəsinə çıxan silahlı şəxs turistlərə atəş açıb. İlkin məlumata görə, iki nəfər dünyasını dəyişib. Onlardan biri 32 yaşındakı kanadalı bir qadın, digər isə sonradan intihar edən hücumçu olub.
Aralarında bir çox xarici və ən azı iki uşağın olduğu 13 nəfər isə yaralanıb.