Pilotlar foto çəkdirdi - İki döyüş təyyarəsi toqquşdu

17:02 - 22 Aprel 2026

Pilotlar foto çəkdirdi - İki döyüş təyyarəsi toqquşdu

Cənubi Koreyada 2021-ci ildə iki döyüş təyyarəsinin havada toqquşması hadisəsinin səbəbi ortaya çıxıb. 



Manset.az xarici mediaya istinadən xəbər verir ki, toqquşmaya səbəbin pilotların fotoşəkil və video çəkməyə çalışması olduğu müəyyən edilib.


Seul Auditoriya və Nəzarət Komissiyasının yaydığı məlumata görə, Daegu şəhərində uçuşda olan iki F-15K tipli döyüş təyyarəsi pilotların şəxsi mobil telefonları ilə şəkil çəkməyə cəhd edərkən qəza törədib.


Hadisə zamanı xəsarət alan olmayıb, lakin təyyarələrdəki zərərin hərbi büdcəyə 880 milyon wona başa gəldiyi açıqlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az