ABŞ vətəndaşlarına çağırış etdi - "Azərbaycana gedin!"

17:37 - 22 Aprel 2026

ABŞ vətəndaşlarına çağırış etdi - \"Azərbaycana gedin!\"

ABŞ Xarici İşlər Nazirliyi İran hava sahəsinin qismən açılması ilə uçuşların yenidən başlamasının ardından İrandakı vətəndaşlarına ölkəni tərk etmələri ilə bağlı çağırış edib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Tehran Virtual Səfirliyi tərəfindən yayımlanan təhlükəsizlik xəbərdarlığında, "21 aprel tarixinə qədər İran hava sahəsi qismən yenidən açılıb. ABŞ vətəndaşlarının İranı dərhal tərk etməsi, yerli mətbuatı izləmələri və İrandan çıxış uçuşları ilə bağlı əlavə məlumat əldə etmək üçün hava yolları ilə əlaqə saxlamaları lazımdır" - ifadələri yer alıb.


İrandan ayrılacaq amerikalılara qurudan Azərbaycan, Türkiyə, Ermənistan və Türkmənistana getmək, lakin Əfqanıstan, İraq və ya Pakistan-İran sərhəd bölgələrinə səyahət etməmələri tövsiyə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az