Nobel mükafatlı məşhur yazıçı vəfat etdi - FOTO

10:44 - 23 Aprel 2026

Nobel mükafatlı məşhur yazıçı vəfat etdi - FOTO

2017-ci il Nobel ədəbiyyat mükafatı sahibi Kazuo İshiguro vəfat edib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, 71 yaşında Londonda dünyasını dəyişib. Yapon əsilli yazıçının ölümünü İsveç Akademiyası açıqlayıb.


1954-cü ildə Nagasaki şəhərində doğulan İshiguro beş yaşında ailəsi ilə birlikdə İngiltərəyə köçüb. Əsərlərində yapon və ingilis mədəniyyətlərini birləşdirən yazıçı, xüsusilə yaddaş, unudulma, peşmanlıq və insanın daxili dünyası kimi mövzuları işləyib.


2017-ci ildə Nobel ədəbiyyat mükafatı ilə təltif edilən İshiguronun ən tanınmış əsərlərindən biri "Gündən Qalanlar"dır. 1989-cu ildə Booker mükafatını qazanan bu əsər daha sonra film olaraq lentə alınıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az