ABŞ mediasında Hörmüz boğazındakı mina təmizləmə işlərinin tam şəkildə tamamlanmasının altı ay vaxt tələb edə biləcəyi ilə bağlı məlumatlar yayılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, xəbərlərə görə, yüksək vəzifəli Pentaqon rəsmisi ABŞ Nümayəndələr Palatası Silahlı Xidmətlər Komitəsinin üzvlərinə etdiyi gizli təqdimatda Hörmüz Boğazındakı mina təmizləmə işlərinin təxmini müddətini açıqlayıb.
ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlanan müharibə sona çatmadan bu prosesin həyata keçirilmə ehtimalının az olduğu iddia edilib.