Meksika ABŞ-yə nota verdi

11:46 - 23 Aprel 2026

Meksika ABŞ-yə nota verdi

Meksika ABŞ-yə diplomatik nota verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Meksika Prezidenti Claudia Sheinbaum Chihuahua ştatında cinayət təşkilatlarına qarşı həyata keçirilən əməliyyat nəticəsində 2 ABŞ vətəndaşı ilə 2 meksikalı rəsmisinin həyatını itirməsi ilə bağlı ABŞ-yə diplomatik nota verildiyini açıqlayıb.


Milli Saraydakı gündəlik mətbuat konfransında çıxış edən Sheinbaum hadisənin milli suverenliyin pozulması anlamına gəlib-gəlmədiyini araşdırdıqlarını bildirib.


Sheinbaum, "Bu məsələnin aydınlaşdırılması vacibdir. Xarici İşlər Nazirliyi bütün məlumatların təmin edilməsi üçün ABŞ səfirinə məktub göndərib. Bu, milli təhlükəsizlik və suverenlik məsələsidir, buna görə də baş verənlər yüngül qiymətləndiriləcək bir vəziyyət deyil" - deyib.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az